Bayramov Fidana təşəkkür etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr - Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.BUTA.TV xəbər verir ki, bu barədə Ceyhun Bayramov X səhifəsində paylaşım edib. "Əziz qardaşım, təşəkkür edirəm! Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun!", - paylaşımda qeyd edilib.