Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə edilməsi istiqamətində tarixi bir fürsət qapısı açılıb. Ermənistanın bunu anlayaraq hərəkətə keçməsinə ümid edirik.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Nazir deyib ki, artıq Qafqazın savaşa deyil, dostluq və iş birliyinə ehtiyacı var:
"Bölgənin sabitlik və rifahı üçün hərtərəfli normallaşmanın təmin olunması Türkiyənin əsas gözləntisidir".
Y.Gülər qeyd edib ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ortaya qoyduğu qəhrəmanlıq türkçülük ruhunun gücündən bəslənib:
"Azərbaycan Ordusunun üçrəngli bayrağı Şuşada və Xankəndində dalğalandırması, öz torpaqlarını almaq üçün göstərdiyi cəsarət tarixin qızıl səhifələrində müstəsna yerini alıb".
O, İkinci Qarabağ müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib.