AZ

TARİXDƏ BU GÜN - 9 NOYABR

Bakı. TurkicWorld

1921 Benito Mussolini İtaliyada Milli Faşist Partiyasını qurdu.

1930 Avstriyada keçirilən seçkiləri sosialistlər qazandı. Nasistlər və kommunistlər parlamentə girə bilmədi.

1936 Montreux Boğazlar Sazişi qüvvəyə mindi.

1937 Yaponiya Şanxaya daxil oldu.

1938 Kristal Gecə: Berlində 7 min yəhudi dükanı qarət edildi, yüzlərlə sinaqoq yandırıldı, çox sayda yəhudi öldürüldü.

1982 12 Sentyabr Konstitusiyası qüvvəyə mindi. Buna əsasən, Milli Təhlükəsizlik Şurası və Dövlət Başçısı Kənan Evrən prezident elan edildi.

1988 Qalatasaray Futbol Komandası Avropa Çempion Klublar Kubokunda dörddəbir finalda: Qalatasaray İstanbulda Neuchatel Xamax komandasını 5-0 məğlub etdi.

1989 Kenan Evrenin prezidentlik müddəti başa çatdı, Turqut Özal prezident seçildi.

1989 Şərqi Alman hökuməti iki Almaniya arasında səyahəti sərbəst buraxdıqdan sonra minlərlə insan Berlin Divarını aşaraq qərbə keçməyə başladı. 13 avqust 1961-ci ildə tikilmiş divarın yıxılması ilə Soyuq Müharibə dövrü başa çatdı.

1990 Meri Robinson İrlandiyanın ilk qadın dövlət başçısı oldu.

1993 Xorvat artilleriya batareyaları Bosniyanın Mostar şəhərindəki Osmanlı Mostar Körpüsünü dağıtdı. Körpü 16-cı əsrdə tikilmişdi.

1994 Urfa Tunelinə təntənəli şəkildə su buraxıldı. Tunel Fərat çayının suyunu Harrana çatdıracaq.

2011 Vanda 5.6 bal gücündə zəlzələ baş verdi.

2020 Prezident İlham Əliyev "BBC News"a müsahibə verdi. Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım etdi.

Seçilən
45
turkic.world

1Mənbələr