Borşun həmişə mükəmməl çıxması üçün onu hazırlamağın düzgün üsullarını bilməlisiniz.
Day.Az Lent.az-a istinadən xəbər verir ki, bunun üçün sadə bir neçə sadə yol var. Onları təqdim edirik:
Mükəmməl bulyon
Borşun əla görünməsi üçün bulyona fikir vermək lazımdır. Buna görə də, ən dadlı və keyfiyyətli bulyon hazırlamağa çalışın. Ən yaxşı seçim 2-3 növ ət məhsullarından alınan qarışıq ola bilər.
Yaxşı qızartma
Yalnız kök və soğanı qızartmağa deyil, həm də bir az tomat pastası, aromatik ədviyyatlar və şəkər əlavə etməyə dəyər. Bu cür qızartma borşu daha maraqlı edəcək.
Yağ
Klassik bitki yağı tərəvəzləri qızartmaq üçün istifadə olunur. Bununla belə, şorbanın özünə bir az kərə yağı əlavə etməyə dəyər. Bu, yeməyin balansını və mükəmməl dadını verməyə kömək edəcək.