ABŞ Ədliyyə Nazirliyi İranın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlaması ilə bağlı ittiham irəli sürüb.
Editor.az APA-ya istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Ədliyyə Nazirliyi İranın Donald Trampa qarşı sui-qəsd planlarını davam etdirmək üçün cinayət şəbəkəsini idarə etmək vəzifəsi daşıyan Tehran rejiminin agentini ittiham edib”, – məlumatda deyilir.
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey isə öz növbəsində iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-də qətllər təşkil etmək üçün guya cinayətkarlar və muzdlu qatillərlə əlbir olub.