AZ

Polis ölkə ərazisində 42 cinayətin üstünü açdı

Noyabrın 8-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 43, borclu şəxs qismində axtarışda olan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com
Seçilən
21
8
teleqraf.com

10Mənbələr