Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirlikdən Doğru.az-a bildirilib ki, noyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 qumbara, 5 tüfəng, 2 patron darağı və 58 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DOĞRU.AZ