Türkiyənin mərkəzi bankı 2024 və 2025-ci illər üçün inflyasiya proqnozlarını artırıb.
Bakuinfo.net tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, buna səbəb ölkədə yavaşlamasına baxmayaraq, istehlak qiymətlərinin son iki aydakı artımının bazar gözləntilərini Mərkəzi Bankın yeni proqnozuna görə, Türkiyədə inflyasiya 2024-cü ilin sonunda 44 faiz, 2025-ci ilin sonuna qədər isə 21 faiz olacaq. Əvvəlki proqnozda bu rəqəmlər müvafiq olaraq 38 faiz və 14 faiz səviyyəsində gözlənilirdi.
Qeyd edək ki, oktyabrda Türkiyədə inflyasiya illik ifadədə 48,58 faizə enib. Bu, 2023-cü ilin iyul ayından bu yana ən aşağı səviyyədir Mütəxəssislər orta hesabla inflyasiyanın daha da əhəmiyyətli dərəcədə azalacağını – 48,2 faizə qədər olacağını proqnozlaşdırırdılar.
Türkiyə Mərkəzi Bankının rəhbəri Fatih Karahan inflyasiyanın perspektivlərinə nikbin yanaşır, bütövlükdə ölkə iqtisadiyyatında tələbin zəiflədiyini və inflyasiyanın xüsusilə sabit olduğu xidmət sektorunda qiymət artımının yavaşladığını qeyd edir.
Tənzimləyici inflyasiya təzyiqlərini azaltmağa çalışaraq bu ilin mart ayından etibarən əsas faiz dərəcəsini illik 50 faiz səviyyəsində saxlayıb. O, uzunmüddətli perspektivdə inflyasiyanı 5 faizə endirməyi hədəfləyir.