AZ

Ay Yer planetindən uzaqlaşır

Ay

Yerin peyki olan Ay, cazibə qüvvəsinin qarşılıqlı təsiri ilə tədricən planetimizdən uzaqlaşır. Günəş qırmızı nəhəngə çevrilərək hər ikisini tamam məhv edənə qədər Yer planetinin yeganə peykindən necə tuta biləcəyi tədqiqat mövzusudur və alimlərin bu məsələni gündəmə gətirməsi maraq doğurur.

Reyting.az
-ın məlumatına görə, "Apollon" missiyalarından qalan müxtəlif panellərdən istifadə edən elm adamları yarım əsrdən artıqdır ki, Aya qədər olan məsafəni ölçürlər. Məlum olur ki, peyk hər il 3,8 sm uzaqlaşır. Bu isə Yer ilə Ay arasındakı mürəkkəb cazibə sistemi səbəbindən baş verir: Ayın gelgiti yerdə okean gelgitlərinə səbəb olur. Baş verən bu proseslər nəticəsində də planet yavaş fırlanmağa başlayır. Belə gelgitlər, qarşılıqlı təsirlər Yer planetinin tədricən Aydan məsafəcə uzaqlaşmasına səbəb olur.

"Science" saytı yazır ki, astrofizik Madelin Brumun izahına görə, Yer planeti və Ay cazibə qüvvəsi ilə bağlı sistemdə olduqları üçün hər ikisinin bucaq momentumunun ümumi miqdarı sabit qalır. Yerin fırlanması yavaşladıqca, onun bucaq impulsu azalır və bunun da nəticəsində prosesi kompensasiya etmək üçün Ay öz bucaq impulsunu artırmaqla planetimizdən uzaqlaşır.

Bütün bu qarşılıqlı əlaqə və Yerin planet olaraq Mars ölçüsündə böyük bir cisimlə toqquşması nəticəsində peyki meydana gətirən materialların atıldığı sahədə ayın meydana gəlməsinə təsadüf edir. Zaman keçdikcə, uzaqlaşma məsafəsi də dəyişib. Yerin peyki olan Ayın indiki orta məsafəsi 384.400 kilometrə çatıb.

Məhz elm aləmində "Gelgit" adlı effektlər və dinamik proseslərin nəticəsində daim Ay Yerlə üz-üzə qalıb, həmçinin də onun fırlanmasını yavaşlatmasına, həm də bu planetlə "gəlmə əlaqəsini" saxlamasına əsas səbəb olub.

Eyni zamanda, Yerin belə fırlanmasının yavaşlaması son nəticədə planetimizinin peykə həmişə eyni istiqaməti göstərəcəyi zaman bizim planetimizlə Ay arasındasinxronizasiyaya gətirib çıxaracaq. Lakin elm adamlarının fikrincə, bu uzun çəkən proseslər təxminən 50 milyard il ərzində tamamlanacaq, daha sonra isə Ay uzaqlaşmasını dayandıracaq.

Ancaq bundan daha əvvəl, yəni 5 milyard ildən sonra Günəşin qırmızı nəhəngə çevrilib daha da genişlənəcəyi gözlənilir. Astronom Devid Trillinqin fikrincə, bu, Yer-Ay sisteminin məhvinə səbəb olacaq.

Alimlər ehtimal edirlər ki, Ayın belə tənəzzülünün indiki sürəti bu cür davam edərsə, 5 milyard ildən sonra Yerin peyki Yer planetindən 189 min kilometrə qədər uzaqlaşacaq.

Alimlər Ayın Yerdən uzaqlaşdığına şübhə etmirlər, ancaq təsəlli üçün vurğulayırlar ki, bütün situasiyalarda Ay da, Yer də genişlənən Günəş tərəfindən udulana qədər daim bir yerdə qalacaqlar.

Oqtay QORÇU
Seçilən
48
reyting.az

1Mənbələr