AZ

“Qobustan kodlu” adlı sərgi keçirilir

“Nine Senses” incəsənət mərkəzində qədim Qobustan petroqliflərinə həsr olunmuş sərgi keçirilir.

Bakupost.az xəbər verir ki, sərgi insanın və sənətin mənşəyinin öyrənilməsinə incəsənət və elmi-mənəvi yanaşmaları özündə birləşdirir və insan təbiətinin dərin tərəfləri haqqında düşünməyə çağırır.

Sərgidə beş işıqlı mandalanın - rəssamın əsərlərinin elementləri ilə birləşməklə qədim simvolların müasir interpretasiyalarının yaradılması üçün əsas olan Qobustanın beş petroqlifi təqdim olunur.

Sərgi həmçinin tarixçilərin, diyarşünasların və antropoloqların iştirak etdiyi “Qobustan kodu” dəyirmi masası, fotoqraf və rejissor İlkin Zəfərlinin “Qobustan - 3029” bədii dioramasını əhatə edən paralel proqramlarla, eləcə də uşaq əl işlərinin sərgilərindən, mühazirələrdən və ustad dərslərindən ibarət “Qobustan uşaqların gözü ilə” layihəsi ilə müşayiət olunur.
Seçilən
64
bakupost.az

1Mənbələr