AZ

"Nine Senses" incəsənət mərkəzində Qobustan petroqliflərinə həsr olunmuş sərgi keçirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nine Senses" incəsənət mərkəzində qədim Qobustan petroqliflərinə həsr olunmuş sərgi keçirilir.
Oxu.Az xəbər verir ki, sərgi insanın və sənətin mənşəyinin öyrənilməsinə incəsənət və elmi-mənəvi yanaşmaları özündə birləşdirir və insan təbiətinin dərin tərəfləri haqqında düşünməyə çağırır.
Sərgidə beş işıqlı mandalanın - rəssamın əsərlərinin elementləri ilə birləşməklə qədim simvolların müasir interpretasiyalarının yaradılması üçün əsas olan Qobustanın beş petroqlifi təqdim olunur.
Sərgi, həmçinin, tarixçilərin, diyarşünasların və antropoloqların iştirak etdikləri "Qobustan kodu" dəyirmi masası, fotoqraf və rejissor İlkin Zəfərlinin "Qobustan - 3029" bədii dioramasını əhatə edən paralel proqramlarla, eləcə də uşaq əl işlərinin sərgilərindən, mühazirələrdən və ustad dərslərindən ibarət "Qobustan uşaqların gözü ilə" layihəsi ilə müşayiət olunur.
Məhərrəm Əliyev
Seçilən
46
oxu.az

1Mənbələr