AZ

Şahzadə Uilyam ailəsindəki problemlərdən danışdı: "Həyatımın ən çətin ili idi"

Britaniya şahzadəsi Uilyam deyib ki, atası, kralı III Çarlz və həyat yoldaşı Keyt Middletona xərçəng diaqnozu qoyulduqdan sonra keçən müddət bəlkə də həyatının ən çətin ili olub.

Azreform.info Qaynarinfo-ya istinadən xəbər verir ki, Cənubi Afrikaya səfəri zamanı britaniyalı jurnalistlər qarşısında çıxışı zamanı o, krallıq vəzifələrini ailə həyatı ilə birləşdirərək həyatın çətinliklərinin öhdəsindən necə gəldiyini danışıb.

2024-cü ilin necə olduğunu soruşduqda şahzadə belə cavab verib:

"Düzünü deyim? Dəhşətli idi. Yəqin ki, həyatımın ən çətin ili oldu. Bütün bunların öhdəsindən gəlməyə və hər şeyi yoluna qoymağa çalışmaq həqiqətən çətin idi".

Nəşr xatırladıb ki, III Çarlz bu yaxınlarda Avstraliya və Samoaya səfər etməsinə baxmayaraq, fevral ayında diaqnoz qoyulan xərçəng xəstəliyindən müalicə olunur. Öz növbəsində, 42 yaşlı Keyt bu il xərçəng xəstəliyinə görə profilaktik kimyaterapiyadan keçib və əvvəllər bu ilin ailəsi üçün "inanılmaz dərəcədə çətin" olduğunu bildirib.

"Mən həyat yoldaşımla fəxr edirəm, atamla fəxr edirəm ki, onlarla məşğul oluram. Ancaq şəxsi ailə baxımından bu, çox qəddar il idi", deyə Uilyam bildirib.

"Reuters" əlavə edib ki, şahzadə Cənubi Afrikada illik milyon dollarlıq "Earthshot" mükafatlandırma mərasimini keçirib, lakin müalicəsi davam edən Keyt onu müşayət etməyib. Onun sözlərinə görə, şahzadə indi özünü "çox yaxşı" hiss edir.

"Mənim və platformam üçün yaxşılıq naminə nəsə etmək çox vacibdir. Mən insanlara kömək və həqiqətən mənalı bir şey edirəm. İşimi sevirəm və ailəmə vaxt tapmağı xoşlayıram", deyə şahzadə eyd edib.

Seçilən
18
15
azreform.info

10Mənbələr