AZ

Sahibsiz itlər Şəki sakinlərinə xəsarət yetirdi

Şəkinin Baş Göynük və Cəfərabad kəndlərində sahibsiz itlər iki nəfərə hücum edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilk hadisə rayonun Cəfərabad kəndində qeydə alınıb. Kənd sakini 58 yaşlı Şahin Allahverdiyevə sahobsiz it xəsarət yetirib. Digər bir hadisə isə rayonun Baş Göynük kəndində qeydə alınıb.

Burada 12 yaşlı Aydan Nəsibova it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib, vaksin vurulduqdan sonra evə buraxılıblar.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
58
bizim.media

1Mənbələr