Polşa prezidenti Anjey Duda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Mar-a-Laqo iqamətgahında gizli ziyarət edəcək.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Macarıstanın baş naziri Viktor Orbanın da iştirakı gözlənilir.
Məlumata görə, Polşanın Baş naziri Donald Tusk prezident Andjey Dudanın ABŞ-a səfər edəcəyini və Donald Trampla görüşəcəyini təsdiqləyib.
Qeyd edək ki, 8 noyabrda "Gazeta Wyborcza" Dudanın Trampın dəvəti ilə axşam saatlarında ABŞ-a uçacağını və görüşdə Macarıstan lideri Viktor Orbanın da iştirak edəcəyini bildirib. Lakin Polşa prezidentinin ofisi bu məlumatı etibarsız adlandırıb.
Musavat.com