AZ

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: vətəndaşlıqdan məhrum edilə bilərsiniz

Rusiya vətəndaşlığı alan, lakin andiçmə mərasimində iştirak etməyən şəxslər bu tələbi 22 noyabr 2024-cü ilə qədər yerinə yetirməlidirlər. Əks halda, 23 noyabrdan etibarən onların Rusiya vətəndaşlıq statusu ləğv ediləcək.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu qaydalar 1 sentyabr 2017-ci ildən əvvəl Rusiya vətəndaşı olan şəxslərə şamil edilmir, çünki o vaxt and içmək tələbi mövcud deyildi.

Qeyd edək ki, Rusiyada əcnəbilərin and içməsi, Rusiya Federasiyasının vətəndaşlığını almaq istəyən əcnəbilərin xüsusi bir mərasimdə dövlətə sadiqlik andı içməsini nəzərdə tutur. Bu prosedur 2017-ci ildə qəbul edilib və Rusiya vətəndaşı olmaq istəyən şəxslər üçün məcburi hala gətirilib.

And mətnində əcnəbilər Rusiyaya, onun qanunlarına və Konstitusiyasına sadiq olacaqlarına, ölkənin suverenliyini və təhlükəsizliyini qoruyacaqlarına dair söz verirlər. Bu mərasim Rusiya dövləti ilə yeni vətəndaşlar arasında rəsmi bir bağlılıq yaratmaq məqsədi daşıyır.

Yeni qaydalara əsasən, 1 sentyabr 2017-ci ildən sonra Rusiya vətəndaşlığı alan şəxslər and içməlidir. 22 noyabr 2024-cü ilə qədər bu proseduru tamamlamayanlar, vətəndaşlıqdan məhrum edilə bilərlər.

Musavat.com
 
 
 
Seçilən
13
7
referans.az

8Mənbələr