Tiflisdə parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyasına müxalifət tərəfdarları da qoşulublar.
Musavat.com rus mediasına istinadən xəbər verir ki, onlar paytaxtda hər gün bu cür etirazlar keçirmək planlarını açıqlayıblar.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiya ilə münasibətlərin qorunub saxlanmasını və anti-Rusiya sanksiyalarına qarşı çıxan iqtidar partiyası "Gürcü Arzusu" qalib gəlib.
Afaq,
Musavat.com