Misli Premyer Liqasının XIII turunda “Sabah” “Kəpəz”lə heç-heçə edib.
Viral.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib – 2:2.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq zərbə müəllifi olub. 32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb. O.Əliyev bu dəfə avtoqolla yadda qalıb. 73-cü dəqiqədə Kahim Parris “bayquşlar”ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış Nicat Süleymanov qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Son Yazılar:
- “Sabah” “Kəpəz”lə heç-heçə ETDİ
- Peter Mixalko Azərbaycanı belə təbrik ETDİ
- Bu ölkənin Bakıda konsulluq şöbəsi AÇILACAQ
Turnir cədvəlində “Sabah” 18 xalla beşinci, “Kəpəz” isə 7 xalla sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Şamaxı” (2:2) ilə, “Səbail” isə “Turan Tovuz”la (1:1) heç-heçə edib.