Rusiya ilə münaqişə zamanı Ukraynanın əsas səhvi istehkamların olmaması oldu.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
Poroşenko xatırladıb ki, münaqişənin əvvəlində Qərb ölkələri Ukraynaya istehkamlar tikmək zərurəti ilə bağlı xəbərdarlıq ediblər, lakin bu, heç vaxt həyata keçirilməyib:
“2023-cü ildə biz dövlətə müdafiə xətləri qurmağı təklif edəndə rədd cavabı aldıq. Rusiya Ukraynadan fərqli olaraq istehkamla məşğul olub”.