AZ

Aİ Şimali Koreya ilə mübarizəyə başlayır

Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə Şimali Koreyanın Ukraynaya hərbi müdaxilə riski ilə bağlı xəbərdarlıq edib və Hind-Sakit okean regionunda diplomatik təzyiqlərin artırıldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, məqsəd Şimali Koreyaya bu yoldan çəkinməsi üçün siqnal göndərməkdir.

Ukraynaya rekord həcmdə yardım

Borrel Avropa İttifaqının Ukraynaya ümumilikdə 122 milyard avro yardım etdiyini vurğulayıb. Bu yardım beynəlxalq dəstəyin təxminən yarısını təşkil edir və Avropa İttifaqının Ukrayna ilə həmrəyliyini gücləndirir.

Hərbi təlimatçılarla bağlı razılıq yoxdur

Aİ üzvləri Ukraynaya hərbi təlimatçı göndərmək məsələsində hələ yekdil qərar qəbul etməyib. Lakin Avropa İttifaqı daxilində 70 min ukraynalı hərbçi üçün təlimlər təşkil edilib.

Trampın planı ilə bağlı ehtiyatlı yanaşma

Borrel Trampın Ukrayna ilə bağlı planını şərh etməyin hələ tez olduğunu qeyd edib və bu məsələdə ehtiyatlı davranır.

Rusiyaya qarşı 15-ci sanksiya paketi hazırlanır

Borrel Rusiyaya qarşı yeni sanksiya paketinin hazırlanmaqda olduğunu təsdiqləyib. Avropa İttifaqı bu yeni sanksiyalar vasitəsilə Rusiyaya təzyiqləri artırmağı planlaşdırır. (musavat.com)

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr