AZ

"İtirdiyimiz xallardan kino çəkmək olar" - Krunoslav Renduliç

style='margin-bottom:10px;'>

"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda "Kəpəz"lə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb: 

- Hər birinizi bayram münasibətilə təbrik edirəm. Oyuna böyük səhvlə başladıq və qapımızda qol gördük. Belə olan halda oyuna davam etmək bir az çətindir. Amma qısa müddətdən sonra oyunu bərabərləşdirdik və rəqibdən daha yaxşı oynadıq. Bəxt sayəsində qol vurduq. Hücum etdiyimizə, rəqibə təzyiq etdiyimizə görə belə qol vura bildik. Bəzən belə olur. İkinci hissədə rəqibdən daha yaxşı idik. İki dənə yüz faizli epizoddan istifadə edə bilmədik. Əfsuslar olsun ki, biz qol vura bilmədik, əksinə rəqib fərqləndi.

- Qələbə qazansaydınız, oyun sizi qane edəcəkdi?

- Futbolçuların yanaşmasına, mübarizəsinə girə heç nə deyə bilmərəm. İki böyük səhvdən qapımızda qollar gördük.

- Son iki oyunda son dəqiqələrdə qol buraxırsınız. Komanda fiziki cəhətdən çatdırmır?

- "Zirə" ilə matçda da son dəqiqələrdə qol buraxmışdıq. Fiziki durumla bağlı bir şey deyil. Oyuna daha çox fokuslanmaq lazımdır.

- Son nöqtəni qoya bilməməyin səbəbi nədir?

- Rəqiblərə yuxarıdan aşağı baxdığımızı düşünmürəm. Bu, futboldur, belə şeylər olur. Bəzən boş qapıya qol vura bilmirik.

- Autsayderlə matçlarda itirilən xallar gələcəkdə "Sabah"a necə təsir edəcək?

- Rəqiblərin 3-4-cü dövrədə aqressiv mübarizə aparmaları normal olacaq. Son turlarda itirdiyimiz xallardan kino çəkmək olar. Hər oyunda yaxşı oynayan tərəf də bizik, xallar itirən də. Bunu şərh etmək çətindir. İtirilən hər xal problem yaradır. (sportal.az)

Seçilən
4
5
teleqraf.com

6Mənbələr