AZ

Fransa dəmiryolçuları hökuməti müddətsiz tətillə HƏDƏLƏDİ

Fransanın aparıcı dəmiryol həmkarlar ittifaqları “Fret SNCF” yük daşıma şirkətinin yenidən qurulmasına etiraz olaraq hökuməti müddətsiz tətillə hədələyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

“CGT-Cheminots”, “Unsa-Ferroviaire”, “Sud-Rail” və “CFDT-Cheminots” həmkarlar ittifaqları etiraz aksiyaları keçirmək niyyətində olduqlarını bildiriblər. İlk tətil 20-22 noyabr tarixlərində keçiriləcək. İkinci tətil dekabrın 11-də başlayacaq və müddətsiz olacaq.

Məqalədə vurğulanıb ki, dəmiryolçular Fransa hökumətinin “Fret SNCF”i ləğv etmək qərarına qarşı çıxırlar. Şirkəti iki hissəyə bölmək istəyirlər: nəqliyyat daşımaları üçün “Hexafret” və lokomotivlərin texniki xidməti üçün “Technis”.

Seçilən
4
10
redaktor.az

10Mənbələr