AZ

Almaniya Kansleri İlham Əliyevə zəng etdi

Noyabrın 9-da Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltzun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi barədə Prezidentin Mətbuat Xidməti də məlumat yayıb.


Senazor.az-ın xəbərinə görə, məlumatda qeyd olunub ki, telefon danışığı əsnasında Kansler Olaf Şoltz Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini təəssüflə qeyd edib. Kansler Olaf Şoltz COP29 iqlim konfransının uğurla keçməsinin əhəmiyyətinə toxunaraq Almaniyanın yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

 

Dövlətimizin başçısı COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın məqsədlərini qeyd edərək, tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğulayıb.

 

Kansler Olaf Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

 

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu deyərək, Ermənistanın konstitusional əsasda ölkəmizə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlətimizin başçısı Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırladıb, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğulayıb.


**23:26


Almaniya Kansleri Olaf Şoltz və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin nümayəndəsi Kristian Hofman məlumat verib.

 

Onun sözlərinə görə, söhbət zamanı BMT-nin Bakıda keçiriləcək iqlim konfransı və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişi müzakirə olunub.

 

“Kansler Almaniyanın sülh və mehriban qonşuluq münasibətlərinin qurulmasında Azərbaycan və Ermənistana dəstəyini davam etdirməyə hazır olduğunu təsdiqləyib”, - məlumatda qeyd edilib.

 

Hofman vurğulayıb ki, telefon danışığında Şoltz COP29 konfransının uğurlu olacağına əminliyini ifadə edib və Almaniyanın 2025-ci ildən sonrakı dövr üçün "iqlim maliyyəsi" ilə bağlı razılaşmanın əldə edilməsinə dəstək verəcəyini söyləyib.

 

Hofmann həmçinin qeyd edib ki, O.Şoltz və İ.Əliyev bundan sonra da sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.

Seçilən
41
49
senzor.az

10Mənbələr