AZ

Aİ-də hərbi təlimatçıların Ukraynaya göndərilməsi məsələsində konsensus yoxdur – Borrel

Avropa İttifaqı ölkələri Ukrayna ərazisinə avropalı hərbi təlimatçıların göndərilməsi məsələsində hələ də konsensus əldə etməyiblər.

Musavat.com xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə mətbuat konfransında deyib.

Avropa Komissiyasının mətbuat xidməti onun fikirlərindən sitat gətirir: "Ukrayna ərazisində fəaliyyətə gəlincə, bu tələbi təmin etmək üçün hələlik konsensusumuz yoxdur".

Borrelin sözlərinə görə, Aİ icmanın ərazisində ukraynalı hərbçilərə təlim keçməyə davam edir: “70 min ukraynalı hərbçi bizim missiyamız çərçivəsində artıq təlim keçib”.

Aİ rəsmisi onu da qeyd edib ki, Avropa İttifaqı Ukrayna münaqişəsinə görə 15-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır: “Biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayırıq və sanksiyalardan yayınma ilə mübarizəni sərtləşdirməliyik”.

“Politico” qəzetinin Avropa nəşri yazmışdı ki, Aİ ölkələri Rusiyaya qarşı, əsasən, mayeləşdirilmiş təbii qaza qarşı yönəlmiş 15-ci sanksiyalar paketinin hazırlanmasına yanvarda sürətlənmiş templə başlayacaqlar.

Musavat.com

Seçilən
42
13
musavat.com

10Mənbələr