AZ

“Mənim ən böyük səhvim daha yüksək maaş tələb etməyim idi”

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.

“Futbola 48 il əvvəl başlamışam, ona görə də artıq təqaüdə çıxacağım günü düşünürəm. Məni təqaüdə çıxmağa nə vadar edə bilər?

Deyərdim ki, “Real Madrid”dən qovulmaq. Ailəmə gəlincə, həyat yoldaşım davam etməyimi istəyir”, - italiyalı mütəxəssis bildirib.

Daha sonra Ançelotti karyerasının ən böyük səhvini etiraf edib:

“Mənim ən böyük səhvim 2014-cü ildə “Real”da daha yüksək maaş tələb etməyim idi.

Onlar məni saxlamaq və müqaviləni uzatmaq istədilər, lakin sonra danışıqları dayandırdılar. Mən bundan dərs aldım”.

“El Klasiko”da “Barselona”dan 4 cavabsız top buraxan Madrid klubu Çempionlar Liqasında “Milan”a 1:3 hesabı ilə məğlub olub. Bu məğlubiyyətlərdən sonra onun klubdan göndərilməsi ilə bağlı şaiyələr yayılıb.

Xatırladaq ki, Ançelottinin məşqçi kimi karyerası1996-cı ildə, “Parma”ya rəhbərlik etdiyi vaxt başlayıb. 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edən mütəxəssis 2021-ci ildə yenidən “Real”ın “sükanı arxası”na keçib.

Onun klubla müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub. Madrid klubundan əvvəl o, “Yuventus”, “Milan”, “Çelsi”, “Bavariya”, “Everton” və PSJ kimi klubları çalışdırıb.

Ançelotti məşqçi kimi karyerasında 5 dəfə Çempionlar Liqasının qalibi olub.

Seçilən
26
sportinfo.az

1Mənbələr