AZ

Kapadokiyalı qədim sənətkarın sirri: 2200 illik barmaq izləri tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Kapadokiya bölgəsində kurqan qazıntısı zamanı edilən kəşf alimlər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, tapılan məzar otağındakı suvaqda 2200 il əvvələ aid barmaq izləri aşkarlanıb.
Oxu.Az-ın "Haber Global"a istinadən məlumata görə, bu barədə Nevşehir Muzeyindən xəbər verilib.
Bildirilir ki, bu, Kapadokiya bölgəsində aparılan ilk elmi qazıntıdır.
"Görülən arxeoloji işlər zamanı bir məzar otağı ilə qarşılaşdıq. Söhbət kvadrat və piramida formalı bir tikilidən gedir. Tikintinin xarici fasadının suvaqlı olduğunu müəyyən etdik. Burada isə 2200 il əvvəl bu suvağı hazırlayan ustanın barmaq izlərini aşkarladıq", - deyə muzeyin mütəxəssisləri bildiriblər.
Tapılan məzar otağının son ellinizm - Erkən Roma dövrünə aid olduğu vurğulanıb.
"Məzar Antik dövrdə dağıdılıb. Suvaq həmin məzarın ikinci dəfə istifadə edildiyini göstərir. Bu, kurqanlarda rast gəlinən nadir nümunələrdən biridir", - deyə məlumatda qeyd olunub.
Seçilən
62
3
oxu.az

4Mənbələr