AZ

Fransadan gözlənilməz mesaj: “Artıq ABŞ-a güvənə bilmərik”

Avropa ABŞ-ın vassalına çevrilmə riski ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan Noel Barro deyib.

“ABŞ-ın təmin etdiyi müdafiə artıq zəmanətli deyil. İndi avropalılar üçqat ekzistensial risklə üzləşirlər: hərtərəfli təhlükəsizlik çatışmazlığı və qitədə müharibə, sənaye və texnoloji tənəzzül, eləcə də demokratik modelin dağılması. Bizim nəsil inkar vəziyyətindən çıxmalı və Avropanın taleyini dəyişdirmək üçün cəsarətini toplamalıdır. Bu tale onu vassala çevrilmə təhlükəsi ilə hədələyir”, - nazir bildirib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
51
teleqraf.com

1Mənbələr