AZ

Qəzzada öldürülən jurnalistlərin sayı 188-ə çatıb


Ötən ilin oktyabrından Qəzzada İsrail qüvvələri tərəfindən öldürülən jurnalistlərin sayı 188-ə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qəzzada yerləşən Hökumət İnformasiya Ofisi (GMO) “Telegram” kanalında məlumat yayıb.
Yayılan məlumatda öldürülən dörd jurnalistin adları da açıqlanıb.
Onların arasında qardaş və bacı olduqları güman edilən və şənbə günü İsrailin Qəzza şəhərinə hücumu zamanı öldürülən Zəhra Məhəmməd Əbu Sahileh və Əhməd Məhəmməd Əbu Sahileh də var.
Bu il İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində öldürülən daha iki jurnalist haqqında məlumat yayılıb.
Seçilən
28
yeniavaz.com

1Mənbələr