AZ

Rəhbər o qədər pul tapa bilmədi, baş məşqçi aranı sakitləşdirdi

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri futbolçulara verdiyi sözü tuta bilməyib. O, Premyer Liqanın 12-ci turunda «Səbail»ə 1:0 hesabıyla qalib gələn komandanın hər bir üzvünə 1500 manat vəd etsə də, yekunda 1000 manat ödəyib. «Sarı-göylər» bundan narazı qalsa belə, rəhbərə etirazını kəskin formada bildirməyib. Çünki baş məşqçi Azər Bağırov Camal Səfərovun sona 12 saniyə qalmış vurduğu qolla aktivinə 3 xal yazmış kollektivə izah edib ki, Nadiri pulu oradan-buradan tapır, bəzən borc alır.
«Kəpəz» cari mövsümdə ilk qalibiyyətini 9-cu turda qazanıb. «Neftçi»ni Tovuzda 4:3 hesabıyla üstələyən gəncəlilər həmin vaxt da 1000 manat mükafat alıb.

SPORTİNFO.AZ

Seçilən
31
sportinfo.az

1Mənbələr