Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, bu ilin iyul ayında dövlət başçılarının Şuşa şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. “Müasir dünyada güc amilinin getdikcə daha çox həlledici faktor kimi çıxış etməsi Türk dövlətləri arasında olan dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vacib şərt kimi önə çəkir. Azərbaycanın xarici siyasəti də məhz bu məqsədə xidmət edir. Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Bu baxımdan Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək.”
8Mənbələr
-
1news.azKamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir” ( 12887956)
-
buta.tvBakı TDT-nin güclənməsinə mühüm töhfələr verir - Deputat ( 12881854)
-
axar.azBakı TDT-nin güclənməsinə mühüm töhfələr verir - Deputat ( 12881851)
-
publika.az“Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir” - Kamaləddin Qafarov ( 12881524)
-
teleqraf.com“Azərbaycan Türk Dövlətləri Təşkilatınıngüclənməsinə mühüm töhfələr verir” - Qafarov ( 12881470)
-
demokrat.azKamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir” ( 12881431)
-
sfera.azKamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir” ( 12881404)
-
aia.azKamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir” ( 12881224)