AZ

Mingəçevirdə sanitariya-gigiyena qaydalarını pozanlara qarşı tədbirlər görülüb

Yazını böyüt
Yazını kiçilt

Mingəçevirdə ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, məişət tullantılarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su hövzələrinin çirkləndirilməsi hallarına yol verilməməsi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. Polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumların əməkdaşları tərəfindən aradan qaldırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
16
18
hafta.az

10Mənbələr