Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.
Aznews.az xəbər verir ki, paylaşımda deyilr:
“Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.