AZ

MS 18 il idi ki, belə uğursuzluqla üzləşmirdi

"Mançester Siti” İngiltərə Premyer Liqasının XI turunda “Brayton” uduzub və bu, “şəhərlilər”in bütün turnirlərdə ardıcıl 4-cü məğlubiyyəti olub.

Fanat.Az xəbər verir ki, Xosep Qvardiolanın komandası daha əvvəl Çempionlar Liqasında Portuqaliya “Sportinq”inə (1:4), İngiltərə çempionatında “Bornmut”a (1:2) və İngiltərə Liqa Kubokunda “Tottenhem”ə (1:2) yenilmişdi.

MS son dəfə 2006-cı ildə belə uğursuzluqla üzləşmişdi. Bundan başqa, Qvardiola da məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 matçda məğlub olub.

“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 11 matçdan sonra 23 xalla ikinci yerdədir. Vahid lider isə 28 xalla “Liverpul”dur.

Seçilən
4
fanat.az

1Mənbələr