ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp andiçmə mərasiminin təşkili üçün komitə yaradıldığını elan edib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, komitənin həmsədrləri sərmayədar Stiv Vitkoff və senator Kelli Löfflerdir.
Respublikaçılar komandası mətbuata açıqlamasında onları “çoxdankı dostlar və müttəfiqlər” adlandırıb.
Qeyd edək ki, Trampın andiçmə mərasiminin 20 yanvar 2025-ci ildə keçiriləcəyi gözlənilir.