Qəzza sektorunda davam edən döyüşlər zamanı azı 188 jurnalist həyatını itirib.
Publika.az xəbər verir ki, Fələstin hökumətinin mətbuat xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında başlayaraq, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda həlak olmuş jurnalistlərin sayı 188-ə çatıb.
Qətərin “Al Jazeera” telekanalı bir çox media işçisinin ailələri ilə birlikdə öldürüldüyünü qeyd edib.