AZ

DİN Azərbaycana qarşı növbəti dezinformasiyanın qarşısını alıb

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

APA xəbər verir ki, DİN sosial şəbəkədə İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - DİN-dən bildirilib.

Seçilən
16
49
apa.az

10Mənbələr