AZ

Trampın seçilməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətini arxa plana keçirək -ŞƏRH

"ABŞ-də Donald Trampın prezident seçilməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətini arxa plana keçirək". 

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Ermənistan qısa zamanda Azərbaycanla sülh müqaviləsini bağlamaq üçün bütün şərtləri yerinə yetirməlidir: 

"Gürcüstanda hakim partiya "Gürcü Arzusu"nun bəxti gətirdi. Artıq Gürcüstanda inqilab və hakimiyyətin dəyişilməsi gözlənilmir. Azərbaycan Cənubi Qafqazda Türkiyə ilə birgə yeni siyasi nizamı inkişaf etdirmək istiqamətində düşünməli, bu yöndə siyasətini davam etdirməlidir. Türk Dövlətləri Təşkilatının nüfuzunun artırılmasına ehtiyac var. Yeni hərbi blokun yaradılması labüddür. Rusiya prosesi sabotaj etməyə çalışsa da, Azərbaycan və Türkiyə qərarlı şəkildə yeni siyasi nizamda Türk Dövlətləri Təşkilatının beynəlxalq müstəvidə nüfuzunu, gücünü gücləndirməlidir. ABŞ prezidenti Trampın Qarabağdan köçən ermənilərlə bağlı mövqeyi seçki dönəminin xırda detalı idi. Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaq üçün danışaqlar prosesini sürətləndirməlidir. İrəvan Rusiyadan uzaqlaşmaq istəyirsə, Türkiyənin siyasətini dəstəkləməlidir. Regionumuz üçün Rusiya təhlükəsi qalmaqdadır. Ukrayna müharibəsində Tramp çeviklik göstərməsə, Avropa ölkələri Rusiyaya qarşı yeni cəbhə açacaq. Bu da Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyinin vaxtında təmin olunmasını zəruri edir".
Seçilən
21
sherg.az

1Mənbələr