''Mançester Siti'' üçün kabus dolu günlər davam edir.
Mövsümün ilk 14 rəsmi oyununda uduzmayan Xosep Qvardiolanın komandası sanki quyunun dibinə düşüb və heç cür ordan çıxa bilmir. ''Şəhərlilər'' liqa kubokunda ''Tottenhem''ə, premyer-liqada ''Bornmut''a, Çempionlar Liqasında ''Sportinq''ə uduzduqdan sonra indi də premyer-liqada səfərdə ''Brayton''a boyun əydilər. Yəni komanda 11 gün ərzində keçirdiyi ardıcıl 4-cü oyunda da məğlub oldu. Özü də ''Brayton''la qarşılaşmada ''Siti'' Holannın qolu ilə fasiləyə öndə yollanmışdı. Amma meydan sahibləri oyunun sonlarına yaxın iki qol vuraraq əzmkar qələbə qazandılar.
Maraqlıdı ki, ''Siti''nin premyer-liqada fasiləyə öndə yolladığı oyundan məğlubiyyətlə ayrılmasına sonuncu dəfə 2021-in mayında təsadüf olunmuşdu və həmin vaxt da rəqib məhz ''Brayton'' idi. Holann premyer-liqada qol vurduğu 47-ci qarşılaşmada ilk dəfə məğlubiyyətlə barışmalı oldu. Buna qədər ''Siti'' bu turnirdə onun qol vurduğu 46 oyundan 40 qələbə, 6 heç-heçə ilə ayrılmışdı. Qvardiola məşqçi karyerasında ilk dəfə ardıcıl 4 rəsmi qarşılaşmadan məğlubiyyətlə ayrılmış oldu.
''Siti''nin isə sonuncu dəfə belə uğursuz seriyası 2006-nın avqustunda Stüart Pirsin dönəmində olmuşdu.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta