"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 13-cü turunda öz meydanlarında "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o deyib: "Son 10 gün ərzində 3-cu rəsmi oyunumuz idi. Bilirdik ki, komanda matçın gedişində çətinlik çəkəcək. Ümumi götürdükdə, oyun ağır oldu. Komandam xarakter göstərdi. Marafon uzundur. Qələbə münasibəti ilə komandanı təbrik edirəm. Zədəli futbolçularımız da sıraya döndükdən və optimal heyətə sahib olduqdan sonra daha rəngarəng oyun nümayiş etdirəcəyik".