AZ

“Azərsun” COP29-un ilk günündə keçirəcəyi tədbirləri açıqladı

"Azərsun Holdinq”  Yaşıl zonada yerləşən daxili pavilyonunda olacaq tədbirləri ilə bağlı açıqlama yayıb.


11 noyabr saat 13:00-16:00 aralığında baş tutacaq görüşlərdə 2 müxtəlif mövzuda təqdimat keçiriləcək. 


İlk mövzu "Revolutionizing Recycling with AI” (Süni intellektlə təkrar emalda inqilab) və çıxışçı Enes Farukdur. 


Növbəti çıxış "Azərsun Holdinq”in çay kateqoriyasının müdiri Dərya Cantutana məxsusdur. 


Dərya xanım "Brands with Purpose to Create Positive Impact” (Müsbət təsir Yaratmaq Məqsədi Olan Brendlər) mövzusunda öz təcrübəsini bölüşəcək.


Mövzularla bağlı daha geniş məlumat əldə etmək və müzakirələrdə iştirak etmək üçün "Azərsun Holdinq”in Yaşıl zonada olan pavilyonuna yaxınlaşa bilərsiniz. 


Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.

www.anews.az
Seçilən
9
20
anews.az

10Mənbələr