AZ

Millimizin heyətində dəyişiklik edildi

“İlk növbədə hamını böyük Zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:

“Bu gün çalışırdıq ki, xal və ya xallar qazanaq. Niyyətimiz o idi. Amma ilk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. “Qarabağ” kimi komanda ilə 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadı. Onlar istəkli idi. Buraxdığımız qollardan üçüncü standart vəziyyətdən oldu. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Onunla bağlı da toplantılar, teoriyalar keçiririk, danışırıq. Amma hələ ki, bu məsələni çözə bilmirik. Avrokuboklardan başlayaraq, “Omoniya” ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. “Osiyek”lə görüşdə də, “Şerif”lə matçda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Standart vəziyyətlərdə çox ciddi problemlər yaşayırıq. Bunlar bizi oyunlarda istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq”.

Seçilən
32
idmanxeber.az

1Mənbələr