Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Nottingem Forest” – “Nyukasl” matçında qonaqlar inamlı qələbəyə seviniblər.
“Tottenhem” evdə “İpsviç Taun”a uduzub. “Mançester Yunayted” isə “Lester Siti”ni 3 cavabsız qolla məğlub edib.
“Çelsi” və “Arsenal” arasındakı London derbisində isə qalib müəyyənləşməyib. Paytaxt klubları hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beləliklə, 11 turdan sonra 28 xala malik “Liverpul” vahid liderdir. Son çempion “Mançester Siti” 28 xalla ikinci pillədə qərarlaşıb. “Çelsi”, “Arsenal”, “Nottingem Forest” və “Brayton”un 19, “Fulhem”, “Nyukasl”, “Aston Villa” 18 xal toplayıblar.
İngiltərə, Premyer Liqa
11-ci tur
9 noyabr
Brentford – Bornmut 3:2
Qollar: Vissa, 27; 58. Damsqard, 50 – Evanilson, 17. Kluyvert, 49.
Kristal Pelas – Fulhem 0:2
Qollar: Smit Rou, 45+2. H.Uilson, 83.
Vest Hem – Everton 0:0
Vulverhempton – Sauthempton 2:0
Qollar: Sarabiya, 2. Kunya, 51.
Brayton – Mançester Siti 2:1
Qollar: J.Pedro, 78. O’Rayli, 83 – Haland, 23.
Liverpul – Aston Villa 2:0
Qollar: Nunyes, 20. Salah, 84.
10 noyabr
Mançester Yunayted – Lester Siti 3:0
Qollar: B.Fernandes, 17. Kristiansen, 38-öz qapısına. Qarnaço, 82.
Nottingem Forest – Nyukasl 1:3
Qollar: Murilyo, 21 – A.İsak, 54. Joelinton, 72. Barnes, 83.
Tottenhem – İpsviç Taun 1:2
Qollar: Bentankur, 69 – Smodiks, 31. Delap, 43.
Çelsi – Arsenal 1:1
Qollar: Neto, 70 – Martinelli, 60.