Bakı. TurkicWorld:
İtaliyanın Baş naziri Ciorcia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə İtaliya Nazirlər Şurası açıqlama yayıb.
Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 13-də Bakıya gəlməsi gözlənilir.