AZ

Denise Akampurira Ayebare: COP29-un maliyyə probleminin həllinə müsbət təsir edəcəyini düşünürəm

Mən bu tədbirə Uqandadan qatılıram. COP29-un maliyyə probleminin həllinə müsbət təsir edəcəyini düşünürəm. Maliyyə böhranının həllini səbirsizliklə gözləyirik, çünki nə qədər gecikdirsək, böhran Afrika ölkələrini bir o qədər çox vuracaq.

Bunu AZƏRTAC-a açıqlamasında Uqandada fəaliyyət göstərən “Yaxşı həyat” beynəlxalq təşkilatının icraçı direktoru Denise Akampurira Ayebare bildirib.

O, qlobal istiləşmənin cənuba daha çox zərbə vurduğunu deyib: "Afrikaya ayrılan qlobal maliyyənin yalnız çox az bir qismi, təxminən 1,6 faizi onlara çatır. Buna görə də biz iqlim dəyişikliyi ilə mübarizədə sürəti artırmağı səbirsizliklə gözləyirik ki, bu prosesdən əziyyət çəkən ölkələrin hər hansı bir müsbət istiqamətə doğru çıxışını təmin edə bilək”.

Seçilən
26
xalqqazeti.az

1Mənbələr