AZ

Şolts tezliklə Putinlə danışmaq istəyir

Almaniya kansleri Olaf Şolts yenidən Vladimir Putinlə danışmaq istədiyini bəyan edib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Şolts Putinlə "lazım olanda" danışmaq qərarına gəldiyini söyləyib: "Ancaq mən məsuliyyətli siyasətçiyəm, bunu tək etməyəcəyəm".

Şolts əlavə edib ki, Putinlə dialoq çoxlu təmaslar və bir çox başqa insanlarla danışıqlar tələb edəcək.

O, həmçinin əlavə edib ki, bu məsələ Ukrayna ilə müzakirə olunmalıdır.

Putinlə danışıqların vaxtının nə vaxt gələcəyinə aydınlıq gətirməyi xahiş etdikdə kansler “tezliklə” cavabını verib.

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr