AZ

Bakı bulvarında tapılan nədir? – FOTO

Bakı bulvarında tapılan nəhəng heyvan heyrət doğurub.

Heftelik.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Bunun COP29 çərçivəsində keçirilən aksiya olduğu bildirilir.

Qeyd edık ki, Xəzər dənizinin sahilində görüntülənən və müzakirələrə səbəb olan maket bundan əvvəl 2022-ci ildə Fransanın Bordo şəhərində Qaronna çayının sahilində görüntülənib. Təbii ölçüdə sahilə düşmüş kaşalot heykəli kəskin ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyıb. Belçika incəsənət kollektivi “Captain Boomer” tərəfindən hazırlanan qeyri-adi sənət instalyasiyası heyrətamiz reallıqla hazırlanıb. Rəssamlar heyvanın başının xarakterik forması, dərisindəki qırışlar və hətta dişləri də daxil olmaqla anatomik xüsusiyyətlərini dəqiqliklə yaradıblar.

Kaşalotlar dünya okeanında rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Möhtəşəm ölçülərinə baxmayaraq, bu əzəmətli məxluqlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.

Onu da qeyd edək ki, “Captain Boomer” daha əvvəl London, Paris və digər şəhərlərdə “sahilə atılmış balinalar” kimi oxşar heykəllər nümayiş etdirib və hər dəfə ictimaiyyət arasında böyük rezonans yaradıb.

Seçilən
13
2
heftelik.az

5Mənbələr