AZ

Hakimi vuran klub prezidentinə 3 illik həbs

Türkiyənin “Ankaragücü” klubunun keçmiş prezidenti Faruk Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb onun ötən mövsüm “Çaykur Rizespor”la matçda hakim Halil Umut Meleri yumruqla vurmasıdır.

Həmin matçdan sonra istefa verən klub rəhbərinin məhkəməsi 1 il idi ki, davam edirdi. Bu gün çıxarılan hökmə əsas o, həbs edilib. 

"Cebheinfo.az"

Seçilən
4
2
cebheinfo.az

3Mənbələr