Rusiyalı marafonçu Yevgeniya Pavlova 41 yaşında ağır xəstəlik səbəbindən həyatını itirib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Novosti Volqoqrada" yayıb.

Mənbəyə görə, sentyabrda mədəsində yaranan güclü ağrıya görə xəstəxanaya yerləşdirilən idmançıda müayinələr zamanı onkoloji xəstəlik aşkar edilib.

Kimyəvi müalicə almasına və noyabrın 7-də əməliyyat olunmasına baxmayaraq, Yevgeniya dünyasını dəyişib.