“COP29 xüsusən də iqlim maliyyəsində qətiyyətli olmalı və təqdim etməlidir”.
APA xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil rəsmi “X” hesabında yazıb.
O qeyd edib ki, çətin vaxtlarda ümidlərə və xəyallara dalmır: “Qlobal iqlim böhranını aradan qaldırmaq üçün bəşəri ixtiraya və qətiyyətə ehtiyacımız var. İndi qlobal əməkdaşlığın yüksəldiyini göstərmək vaxtıdır”.