"Real"ın futbolçusu Vinisius Juniyor karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbəyə görə, təcrübəli hücumçu PSJ-nin diqqət mərkəzindədir. Paris klubunun 250 milyon avroluq rekord təklif etdiyi iddia edilib.

Qeyd edək ki, "Kral klubu"nun heyətində 281 rəsmi oyuna çıxan Vinisius bu matçlarda 95 qol vurub və 82 məhsuldar ötürmə edib.