AZ

Beynəlxalq Dəniz Təşkilatının Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində əməkdaşlıq məsələləri, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işlər müzakirə edilib.

Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsi də nəzərdən keçirilib.

Seçilən
4
8
day.az

10Mənbələr